978-613-8-24266-6

Görkəmli ictimai-siyasi xadim böyük ədib -Nəriman Nərimanov

Regular price
€94,90
Sale price
€94,90
Regular price
Sold out
Unit price
per 
Shipping calculated at checkout.

Summary:

Monoqrafiya Azərbaycan tarixinin ən kritik dönəmlərindən birində – XX əsrin əvvəllərində ölkənin və xalqın taleyində mühüm rol oynamış görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun (1870-1924) həyat və fəaliyyətinə, milli teatr və ədəbiyyatın mütərəqqi keyfiyyətlərlə zənginləşməsində xidmətlərinə həsr olunmuşdur. VI fəsildən ibarət olan əsərin ilk fəslində ədibin yaradıcılığının tədqiqi tarixi ilə bağlı məsələlər nəzərdən keçirilmiş, realist və inqilabi-demokratik ədəbiyyatın istedadlı nümayəndələrindən biri kimi, əsərlərinin hələ sağlığında diqqəti cəlb edib yüksək qiymətləndirildiyi təsbit olunmuşdur. II fəsildə ədibin həyatı, mühiti və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı mərhələləri araşdırılmış, onun xalq tərəfindən sevilən bir ziyalı, yazıçı və siyasi xadim kimi formalaşmasına təsir göstərən amillər və şəxsi keyfiyyətləri yeni sənəd və arxiv materialları əsasında tədqiq edilmişdir. Əsərin sonrakı fəsilləri bütövlükdə yazıçının çoxyönlü ədəbi fəaliyyətinin ayrı-ayrı istiqamətləri – pyesləri, roman, povest və hekayələri, eləcə də publisistikası məzmun, ideya və sənətkarlıq baxımından müqayisəli şəkildə incələnib qiymətləndirilmişdir.

Author:

Teymur Axmedov

Biographie:

Əhmədov Teymur Əkbər oğlu – azərbaycanlı, ədəbiyyatşünas, publisist. Turan Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat institutunun şöbə müdiridir.

Number of Pages:

580

Book language:

Azerbaijani

Published On:

2019-01-31

ISBN:

978-613-8-24266-6

Publishing House:

GlobeEdit

Keywords:

Nəriman Nərimanov, dövlət xadimi, yazıçı-dramaturq, ilk Azərbaycan faciəsi, beynəlmiləlçi ziyalı, “Bahadır və Sona”, ilk Azərbaycanın tarixi faciəsi

Product category:

HISTORY / General